Ucarda minik və yük maşınları toqquşdu, xəsarət alanlar var

Ucarda minik və yük maşınları toqquşdu, xəsarət alanlar var
16:07 22 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.  
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 












Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-minik-ve-yuk-masinlari-toqqusdu-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR