"Ağ ev" Konqresdən koronavirusa görə 1 milyard dollar tələb edəcək

Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

Metbuat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.

“Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir” deyə nəşr qeyd edib.

“Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR