Ölməmək üçün sınmış ayağı ilə on saat süründü - FOTO

Ölməmək üçün sınmış ayağı ilə on saat süründü - FOTO
20:22 25 Fevral 2020
285 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Vaşinqton ştatında ayağı sınan idmançı köməksiz vəziyyətdə on kilometr sürünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı idmançı Jozef Olendorf "Olimpik" milli parkında qış qaçışı zamanı yıxılaraq ayağını sındırıb.

Həmin ərazidə mobil telefonunun dalğası tutmayan Olendorf kömək çağıra bilməyib.

Soyuq havada donub ölməmək üçün o, on kilometr qarlı və palçıqlı daş yolu sürünərək gedib. Əynində yalnız şort və qolsuz köynək olan Olendorfun dizləri qana boyanıb. On saatdan sonra xilasedicilər tərəfindən tapılan həmin şəxs ailəsini ölümü ilə məyus etməmək üçün sağ qalmağa çalışdığını deyib.

Onu ilk yardım göstərildikdən sonra helikopterlə xəstəxanaya çatdırıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/828916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR