Kosmos turizmi şirkəti "Virgin Galactic" ilk uğurlu test uçuşundan bu yana təxmini 8 min rezervasiya edildiyini bildirərək bilet satışlarının yenidən başlayacağını açıqlayıb.
Metbuat.az ingilis şirkətindən edilən açıqlamada kosmosa uçuş üçün qeydiyyatın bu gündən qəbul ediləcəyi qeyd edilib. İnsanlar internet üzərindən 1000 dollar qarşılığında rezervasiya etdirə bilərlər. 2 saata yaxın çəkəcək uçuşun bir biletinin qiyməti isə 250 min dollar olacaq.
Artıq "Kosmos gəmisi-2" uçuş hazırlıqları üçün Nyu-Meksikadakı bazaya aparılıb. Şirkət bu dəfə 80 kilometr yüksəkliyə qalxmağı hədəfləyir.
Qeyd edək ki, "Virgin Galactic" 2018-ci ilin dekabrında atmosferdə 82 kilometr yüksəkliyə çıxaraq uğurlu bir test uçuşuna imza atmışdı.
Mənbə: "Cnn.com"