İnternet istifadəçilərinə sevindirici xəbər - Avtomatlaşır

“Google” suni intellektlə bağlı yenilik edəcək.

Metbuat.az xəbər verir ki, texnologiya nəhəngi gündəlik internet istifadəsini avtomatlaşdıra bilən yeni süni intellekt aləti üzərində işləyir. “Jarvis” adlanan bu layihə istifadəçinin əmrlərini yerinə yetirərək veb-brauzer vasitəsilə əməliyyatlar həyata keçirə bilər. “Jarvis” kompüter ekranındakı görüntüləri davamlı çəkdikdən sonra bu şəkilləri şərh edərək düymələrə basmaq və ya mətn sahələrinə yazmaq kimi funksiyaları yerinə yetirə bilər.

Layihə yalnız veb-brauzerlərlə, xüsusən də “Google Chrome”la işləmək üçün nəzərdə tutulub. Məlumata görə, “Google”un bu yeni süni intellekt layihəsi istifadəçilərə onlayn tapşırıqlarını daha sürətli və daha səmərəli yerinə yetirməyə imkan verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR