iPhone istifadəçiləri “WhatsApp”ı standart zəng və mesajlaşma seçimi kimi təyin edə biləcəklər.
Metbuat.az xəbər verir ki, bu yenilik iPhone üçün tətbiqin 25.8.10.74 beta versiyasında bəzi istifadəçilər üçün istifadəyə verilib. Məlumata görə, istifadəçi proqram və ya vebsaytda telefon nömrəsinə klikləyən zaman iPhone-un daxili Telefon və ya Mesajlar tətbiqi əvəzinə birbaşa “WhatsApp”dan zəng edə və ya mesaj göndərə bilər.
Hələlik bu yenilik yalnız müəyyən beta istifadəçiləri üçün əlçatandır.