“WhatsApp” nömrə məhdudiyyətini ləğv etdi

“WhatsApp” mesajlaşma proqramına yeni funksiya əlavə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Açıqlamada “WhatsApp”da nömrə məhdudiyyətinin aradan qaldırıldığı bildirilib. Məlumata görə, yeniləmədən sonra “WhatsApp”ın masaüstü tətbiqinin istifadəsi daha da asanlaşıb.

Meta yenilik barədə açıqlamada qeyd edib: "Mesaj göndərməkdən daha vacib nə ola bilər? Təbii ki, mesajı kimə göndərməyiniz. “WhatsApp”dakı şəxslərinizi, istifadə etdiyiniz hər hansı cihazdan gizli formada əlavə etməyi və idarə etməyi asanlaşdırırıq. İndiyə qədər hər hansı şəxsi əlavə etmək üçün mobil telefona nömrə yazmağınız və ya QR kodundan istifadə emtək lazım idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR