Lerik rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xocalı-əsrin soyqırımı”mövzusunda tədbir keçirilib.

Metbuat.az bildirir ki, Lerik şəhəri “Cümə” məscidində baş tutan tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, dini icma sədrləri və din xadimləri iştirak edib.

Tədbir Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və ruhlarına Qurani-Kərimdən ayələrin oxunması ilə başlanıb.

Çıxışlar zamanı Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan cinayət aktı olduğu bildirilib. Natiqlər, İslam dinində şəhidlik məqamının ucalığından bəhs edərək vətən uğrunda canından keçən şəhidlərimizin hər zaman qəlbimizdə yaşayacağını qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR