Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar

Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar
20:12 26 Fevral 2020
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayon sakini R.Əliyevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində "VAZ-21012" markalı avtomobilinə sərnişin qismində oturmuş 1 nəfərin ona zor tətbiq edib pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR