Bakıda avtobuslar dezinfeksiya edilir

Bakıda avtobuslar dezinfeksiya edilir
12:52 27 Fevral 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Xaliq Faiqoğlu" şirkəti tərəfindən avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir.

Milli.Az xəbər verir ki, şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcədən müəyyən edilmiş proqrama əsasən müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir:

"Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir. Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR