Koronavirusa görə məktəblərin bağlanması müzakirə olunur? -

"Məktəb və bağçalarda dezinfeksiya işləri aparılır".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, - deyə C. İsayev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR