"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, təlimlər Maliyyə Nazirliyi yanında Maliyyə-Elm Tədris Mərkəzində təşkil edilib.

Təlimlər zamanı nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin əməkdaşları təlim iştirakçılarına qurumun müvafiq qərarı ilə təsdiq edilmiş və büdcə təşkilatlarına göndərilmiş təfsilatlı təlimatlar əsasında büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozları, yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin və proqram (tədbir) üzrə fəaliyyət planlarının hazırlanmasına dair ətraflı məlumatlar verib, təlimatlara əsasən təsdiq olunmuş formaların doldurulması, eləcə də ortamüddətli proqnozların tərtibi sahəsində praktiki məşğələlər keçirib.
Sifarişlərin və fəaliyyət planlarının tərtibi zamanı yarana biləcək sualların operativ şəkildə cavablandırılması və metodoloji dəstək müasir internet tətbiqləri vasitəsilə daimi olaraq göstəriləcək.