ÜST azərbaycanlılara təşvişə düşməməyi tövsiyə etdi

ÜST azərbaycanlılara təşvişə düşməməyi tövsiyə etdi
22:17 28 Fevral 2020
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusa (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiqləyir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir.

"Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik" - məlumatda vurğulanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/829902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR