Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var
22:52 28 Fevral 2020
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada motosikletin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, sürücü ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıllı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Rəfael Soltan oğlu Gözəlovun idarə etdiyi motosiklet minik maşını ilə toqquşub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Neftçala Rayon Xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb. Onun ayağı travmatik amputasiya edilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/829904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR