Bakıda avtomobil 21 yaşlı gənci vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu “Kia” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub. (report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR