"Formula-1" koronavirusa görə təxirə salınacaq?

"Formula-1" koronavirusa görə təxirə salınacaq?
14:52 29 Fevral 2020
120 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirus epidemiyası Avstraliya, Bəhreyn və Vyetnamda "Formula-1" yarışlarında dünya çempionatı mərhələlərinin təxirə salınmasına səbəb olmayacaq.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu turnir hüquqlarını özündə daşıyan "Liberty Media" şirkəti bəyan edib.

Bildirilib ki, Avstraliya, Bəhreyn və Vyetnamda "Formula-1" yarışları planlaşdırılmış qrafikə uyğun keçiriləcək: " İtaliyadan yarışa gələn komandalar xüsusi həkim briqadası tərəfindən yoxlanılacaq. Mövsüm təqvimə uyğun davam edəcək. Çindəki mərhələ isə istisna olunur".

Qeyd edək ki, "Formula-1"in yeni mərhələsi martın 13-də Avstraliyada start götürəcək.

2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/830063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR