Futbol üzrə İngiltərə kubokunun 1/8 final matçında "Portsmut" Londonun "Arsenal"ını qəbul edib.
"Report" un məlumatına görə, matç Portsmutdakı “Fretton Park” stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab birinci hissəyə əlavə olunmuş vaxtda açılıb. "Arsenal" ın müdafiəçisi Sokratis Papastatopulos fərqlənib. İkinci hissənin əvvəlində - 51-ci dəqiqədə hücumçu Edvard Nketia qonaqların hesabdakı üstünlüyünü artırıb.