Xaçmazda elektrik enerjisinin verilişi bərpa edildi

Xaçmazda elektrik enerjisinin verilişi bərpa edildi
13:32 7 Mart 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Xaçmaz rayonu ərazisində başlayan güclü külək qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, rayonun elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Milli.Az xəbər verir ki, "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu haqda Trend-ə məlumat verib.

Onun sözlərinə görə, "Azərişıq" əməkdaşları gecə boyunca qəzanın nəticələrini aradan qaldırmaqla məşğul olub:

"Əməkdaşlarımızın səyi nəticəsində Xaçmaz rayonunu Dədəli kəndi istisna olmaqla bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın dəqiqələrdə Dədəli kəndinə də elektrik enerjisinin verilişi bərpa olunacaq".

Mill.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/831888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR