Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı
15:57 10 Mart 2020
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Mustafayevin Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində oradan 149 qrama yaxın heroin, 42 qrama yaxın tiryək, 389 qram marixuana və 8 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Mustafayeva narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev də müəyyən edilərək saxlanılıb, ondan isə 516 qrama yaxın marixuana götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/832427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR