Bakı, 23 may, AZƏRTAC
Alimlər bildirirlər ki, balaca uşaqların fiziki fəallıqları onların zehni qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ alimləri balacalar üzərində apardıqları müşahidələrdən sonra bu qənaətə gəliblər. Tədqiqatlar nəticəsində məlum olub ki, fəal uşaqlar passiv həmyaşıdlarına nisbətən öz işlərinin öhdəsindən yaxşı gəlirlər, məntiqi tapşırıqları daha tez yerinə yetirirlər.
Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi uzanmağı sevən və tənbəl uşaqlarla müqayisədə fəal uşaqların beyninin daha çox oksigen qəbul etməsidir.