Tailand bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı - SİYAHI

Tailand bu ölkə vətəndaşlarına viza verilməsini dayandırdı - SİYAHI
17:22 11 Mart 2020
160 Dünya
Ölkə mətbuatı
A- A+

Tailand hökuməti bu gün 20-yə yaxın ölkə vətəndaşlarına viza verilməsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki,qərar dünyada sürətlə yayılan koronavirus səbəbindən qəbul edilib.

Məlumata görə, Tailanda səfər üçün viza verilməsi müvəqqəti dayandırılan ölkələr siyahısına Rusiya, İtaliya, Bolqarıstan, Butan, Çin, Cənubi Koreya, Efiopiya, Fici, Gürcüstan, Hindistan, Qazaxıstan, Malta, Meksika, Nauru, Papua-Yeni Qvineya, Rumınya, Səudiyyə Ərəbistanı, Özbəkistan və Vanuatu daxil edilib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 4 mini keçib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR