Misir əcnəbi turistlər üçün 5 illik viza tətbiq edəcək

Misir əcnəbi turistlər üçün 5 illik viza tətbiq edəcək
23:27 11 Mart 2020
173 Dünya
Ölkə mətbuatı
A- A+

Misir hökuməti turizmin inkişafı məqsədilə viza rejimində dəyişiklik edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş Nazir Mustafa Madbuli tezliklə əcnəbi turistlər üçün 5 illik viza tətbiq ediləcəyini, Misirə səyahət edənlərin hər səfərdə ölkədə 90 gün qala biləcəyini bəyan edib. Onun sözlərinə görə, vizaları elektron portalı vasitəsilə, habelə Misirin xaricdəki konsulluqlarından almaq mümkün olacaq.

Misir hökuməti bu qərarı Ətraf Mühit, Maliyyə, Turizm və Qədim Abidələr, Mülki Aviasiya nazirliklərinin iştirakı ilə keçirilən iclasda qəbul edib. Qeyd olunub ki, ölkəyə müntəzəm gələnlər, həmçinin ABŞ, Böyük Britaniya və Şengen vizası ölkələrinin vətəndaşları üçün xüsusi imkanlar yaradılacaq.

2014-cü ildə Misirə vizaların qiyməti 15 dollardan 25 dollara, çoxdəfəlik viza üçün isə 60 dollara qaldırılıb. Hökumət daha çox turist axınını təmin etmək üçün həm viza rejimində, həm də tarixi abidələrin yerləşdiyi şəhərlərdə geniş abadlıq işləri görür. Bir ay əvvəl Sfinks aeroportu istifadəyə verilib və beləliklə, Misirdə hava limanlarının sayı 33-ə çatdırılıb. Eyni zamanda, Qahirəyə səfər edən turistləri Qədim Misir ehramlarının olduğu Gizaya daşıyan avtobus marşrutları açılıb. Tezliklə açılışı olacaq Böyük Misir Muzeyi də turistlərin ən çox ziyarət edəcəyi məkan olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/832833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR