Pərviz Bülbülə və Türkan Vəlizadə Murad Dadaşovun qərarına susdular

Pərviz Bülbülə və Türkan Vəlizadə Murad Dadaşovun qərarına susdular
15:12 12 Mart 2020
197 Şou
Ölkə mətbuatı
A- A+

Türkan Vəlizadə, Pərviz Bülbülə və Vasif Əzimov bundan sonra Xəzər televiziyasının efirində görünməyəcək.

Milli.Az bildirir ki, ölkə.az sözügedən məsələ ilə bağlı Türkan Vəlizadənin meneceri ilə əlaqə saxlayıb. İfaçının köməkçisi Səbinə bildirib ki, ''Türkan Vəlizadə hazırda bu haqda danışmaq istəmir. Əgər danışmaq istəsə, özü əlaqə saxlayıb açıqlama verəcək''. 

Müğənni Pərviz Bülbülə ilə də əlaqə cəhdlərimiz uğurlu alınmadı. Telefona ifaçının qaynı cavab verdi. O, efirin müğənniyə qoyduğu qadağadan xəbərlərinin olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə də Xalq artisti Murad Dadaşov ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( "5-də 5" və "Ay zaur") qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. O, müğənnilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Mətanət Əsədovaya efir qadağası qoyub.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/833086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR