Kiyev, 23 may, AZƏRTAC
Kiyevdə, “Congress-hall”da “Biz hamımız sənin övladlarınıq, Ukrayna!” Beynəlxalq Mədəniyyətlər Festivalı keçirilib. Bu parlaq çoxmillətli tədbirdə gənc və yeniyetmə ukraynalılarla yanaşı, bu ölkənin ərazisində yaşayan milli azlıqları, o cümlədən azərbaycanlıları təmsil edən yaşıdları iştirak ediblər.
Festivalın aparıcıları ölkəmizi çoxminlik auditoriyaya belə təqdim ediblər: “Azərbaycan təkcə neft deyil, Azərbaycan həm də xalçalar, məbədlər, çay, 40 növ plov, 11 mövcud iqlim zonasından 9-u deməkdir. Orada hətta subtropiklər, “Bakılı oğlanlar!” Şən və Hazırcavablar Klubu var. Ən başlıcası isə qarşıdan Azərbaycanın paytaxtında birinci Avropa Oyunları gəlir!”
Sonra Kiyev şəhərindəki 1 nömrəli Qafqaz Xalq Rəqsləri Məktəbinin yetirmələri coşqun Azərbaycan rəqsi ifa ediblər. Bu məktəbin əsasını əslən Azərbaycandan olan gənc peşəkarlar – Şəmsi Məhərrəmov və Nicat Mirzəyev qoyublar.
Kiyevdə Azərbaycan dili təmayüllü 135 nömrəli ümumtəhsil məktəbinin şagirdlərinin (müəllim Səfayə Naibova) çıxışı da gözəl emosiyalar doğurub və gurultulu alqışlarla qarşılanıb. Gənc həmvətənlərimiz Səməd Vurğunun “Azərbaycan” şeirini ana dilində oxuyublar. Onların Ukraynadakı yaşıdları da bu şeiri öz ana dillərində səsləndiriblər.
Azərbaycanın Ukraynadakı səfirliyinin üçüncü katibi Abbas Mustafayev festivalın təşkilatçılarını və iştirakçılarını Azərbaycan səfiri Eynulla Mədətlinin adından salamlayaraq, gənc artistlərimizə festivalın laureatı diplomunu və diplomatik nümayəndəliyimizin fəxri fərmanını təqdim edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan diasporu ölkəmizi Ukrayna paytaxtında beynəlxalq mədəniyyətlər festivalında müvəffəqiyyətlə təmsil edib