Kolumbiya Venesuela ilə sərhədləri bu gün saat 5.00-da (Kolumbiya vaxtı) bağlayacaq.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə ölkə Prezidenti İvan Duke özünün "Twitter" səhifəsində yazıb.

Ölkə rəhbəri qeyd edib: "Koronavirusla bağlı vəziyyəti detallı təhlil etdikdən və son saatlar baş verən hadisələri nəzərdən keçirdikdən sonra ölkə vətəndaşlarına bildirmək istəyirəm ki, saat 5.00-dan etibarən Venesuela ilə bütün sərhəd keçidləri bağlayırıq".

Daha öncə Venesuela Prezidenti Nikolas Maduro bildirmişdi ki, Braziliya və Kolumbiya ilə koronavirus epidemiyası səbəbilə sərhədləri bağlamaq imkanı nəzərdən keçirilir. Bununla belə, o, bütün qonşu ölkələri epidemiya ilə mübarizədə əməkdaşlıq etməyə çağırıb.

Son məlumata görə, Kolumbiyada 16, Venesuelada 2 koronavirusa yoluxma faktı qeydə alıınıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 110-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini, ölənlərin sayı isə 5 mini keçib.

Milli.Az