Ermənistan ərazisində martın 16-dan başlayaraq 1 ay müddətində fövqəladə vəziyyət elan olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hökumətin növbədənkənar iclasında qərar qəbul edilib.

Fövqəladə vəziyyət bu gün saat 17:00-dan başlayaraq aprelin 16-ı sahat 09:00-dək davam edəcək.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb.

Milli.Az