Manaf Ağayev, Şəbnəm, Damlaya QADAĞA QOYULUB? - Zaur AÇIQLADI - FOTO

Manaf Ağayev, Şəbnəm, Damlaya QADAĞA QOYULUB? - Zaur AÇIQLADI - FOTO
17:52 16 Mart 2020
325 Şou
Ölkə mətbuatı
A- A+

Xəzər TV-nin efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla, Pərviz Bülbülə, Türkan, Vasif Əzimov kimi tanınmışların ekrana çıxmasına qadağa qoyulduğu ilə bağlı söz-söhbətə nöqtə qoyulub.

Milli.Az xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu "5/5"də proqramında sözügedən iddiaya aydınlıq gətirib:

"Jurnalistlər zəng edirlər, votsapıma yazırlar cavab vermirəm. Çünki Xəzər Televiziyasının rəhbərliyi buna açıqlama verməlidir, mənim işim aparıcılıqdır. Amma bir şeyi deyim ki, artıq rəhbərlik tərəfindən bu məsələyə aydınlıq gətirildi ki, biz kanal olaraq heç bir müğənniyə qadağa qoymamışıq. Saytlar özlərindən nəsə uydurmasınlar. Dedilər Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev, Mətanət Əsədova, Pərviz Bülbülə, Türkana qadağa yoxdur. Xahiş edirəm, bunu bu cür də biləsiniz".

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. Onun ilk işi Tarix Əliyevin (Tolik) "Hər şey daxil" verilişini bağlamaq oldu.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/834340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR