"Formula-1"də koronavirus səbəbilə daha bir DƏYİŞİKLİK

"Formula-1"də koronavirus səbəbilə daha bir DƏYİŞİKLİK
09:37 19 Mart 2020
53 İdman
Ölkə mətbuatı
A- A+

"Formula-1" rəhbərliyi yay pauzasını mart və aprel aylarına keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, COVİD-19 səbəbilə vaxtı dəyişdirilən pauzanın müddəti 14 gündən 21 günədək uzadılıb.

Bildirilir ki, komandalara müvafiq təlimat verilib.

Qeyd edək ki, yay pauzası "Formula-1"də komandaların maşınlar üzərində işləməsinin qadağan edildiyi müddətə deyilir. Yay pauzası yarış heyətlərinin çempionatının ortasında dincələ bilməsi üçün tətbiq edilib.

Xatırladaq ki, daha əvvəl Avstraliya, Çin, Vyetnam və Bəhreyn Qran Priləri təxirə salınıb. Mövsümün başlanğıcı 2020-ci ilin may ayına keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/834999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR