Vətəndaşların kreditlərinə güzəşt ediləcəkmi? - VİDEO - FOTO

Vətəndaşların kreditlərinə güzəşt ediləcəkmi? - VİDEO - FOTO
15:12 20 Mart 2020
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirusun təsirli olduğu bir vaxtda kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı müəyyən güzəştlərin edilməsi təklif edilir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Naqif Həmzəyev - Milli Məclisin deputatı: "Bu 2 ay ərzində, mart və aprel ayında əhali kreditləri də ödəməkdə çətinlik çəkəcək. Mümkündürsə banklara müraciət edək ki, ən azından 2 ay müddətində vətəndaşların gecikmələrə görə cərimələr tətbiq olunmasın, onlar əziyyət çəkməsin".

Sakin:  "Yaxşı təklifdir. Heç kim istəməz borc içində qalsın. Vətəndaş əgər krediti vaxtında veribsə, gecikmə yoxdursa, olar. Hamısına yox, yoxlamaq şərtilə".

Koronovirusla bağlı bir sıra ölkələrdə özəl şirkətlər tərəfindən bəzi güzəştlərin tətbiq olunduğunu deyən Vüqar bayramov hesab edir ki, bu həm də sosial koorporativ məsuliyyətidir. İqtisadçı millət vəkilinin sözlərinə görə, kommersiya banklarının da indiki həssas dövrdə müştəriləri üçün güzəştlər tətbiq etməsi məqsədəuyğun olar.

Vüqar Bayramov - Milli Məclisin deputatı: "İnkişaf etmiş ölkələrdə hətta bəzi inkişaf etməkdə olan ölkələrdə kommersiya bankları belə həssas məqamlarda müştərilərinə güzəştlər tətbiq edir. Və ya ödəmə qrafikinə yenidən baxır. Müştəriyə ödəmə ilə bağlı müəyyən zaman müddəti verir, güzəşt verir. Eyni zamanda bəzi hallarda faizlərə baxılması və faizlərə də  güzəştlərin tətbiq edilməsi hallarına rast gəlinir".

Ekspertlərin sözlərinə görə, kommersiya bankları özəl qurumlar olduğuna görə bütün hallarda qərarı təbii ki, özləri verməlidir. Dövlət belə məsələlərlə, xüsusən kommersiya bankları ilə bağlı bu tip qərarlar vermir.

Xalid Kərimli - İqtisadçı: "Əgər kredit ödəyən şəxslər kredit ödəməkdə öz gəlirlərinin aşağı düşməsi və iş yerini itirməsi ilə əlaqədar çətinlik çəkirsə, bu hallarda sırf bankın özünün fərdi yanaşması ön plana çıxır. Yəni bank təbii ki, baş verən hadisələrdə öz müştərisinə humanistcəsinə yanaşmalıdır".

Vüqar Bayramov - Milli Məclisin deputatı: "Kommersiya bankları yeni ödəmə qrafiki tətbiq edə bilər müvəqqəti olaraq. Bu həssas dövrdə. əgər müşərinin ödəməsində müəyyən çətinlik varsa, o zaman müştəri yeni ödəmə qrafikinə uygun olaraq, ödənişləri həyata keçirilən bilər".

Mövzu ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirildi ki, sözügedən məsələ hazırki məqamda müzakirə olunmur. Qeyd edək ki, qonşu Gürcüstanda bəzi iri kommersiya bankları müştərilərinə kreditlərin ödənilməsi üçün verilən vaxtı uzadacağını açıqlayıb. Belə ki, banklara borcu olanlara ödənişlərini etmələri üçün əlavə 3 ay vaxt veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR