Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb

Boris Yeltsinin şəxsi fotoqrafı Dmitri Donskoy Rusiyanın ilk prezidentinin Çeçenistanda “iztirablı” fotosunun sirrini açıb.

Metbuat.az bildirir ki, bu barədə fotoqraf-jurnalist özünün “Telegram” kanalında xəbər verib:

“Çeçenistanda bir kənddə tankın üstünə çıxdım. Güclü obyektiv götürdüm, Babaya yönəltdim. O, əsgərlərlə danışırdı. Görürəm ki, Babanın üzünə yekə bir ağcaqanad qonub, …onun qanını içir. Baba reaksiya vermir. Düşünürəm ki, görəsən onu nə vaxt vuracaq? Sonra əlinin kölgəsini gördüm, dərhal düyməyə basdım! Effekti isə belə oldu – qoşunlar Çeçenistanı tərk edərkən Yeltsin “iztirab çəkir”, ovucu ilə üzünü örtür”.

Donskoy əvvəlcə bu şəkildə elə bir potensial görmədiyini vurğulayıb:

“Seryoja Quneyev (fotoqraf) şəkli görüb əlləri ilə başını tutdu: “Sən axmaqsan? Dərhal müsabiqəyə göndər!” Mən rədd etdim: “Yaxşı görək...” Beləliklə, o özü kəsdi, rəsmiləşdirdi, göndərdi. Mənə bir medal və 11 min dollar (18700 AZN) gətirdi”. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR