Vilayət Eyvazov yeni polis rəisi təyin edib

Vilayət Eyvazov yeni polis rəisi təyin edib
12:52 21 Mart 2020
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan polis şöbəsinə rəis təyinatı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt Şəhər Polis şöbəsinin rəis müavini işləmiş polkovnik Nəzər Əsgərov Salyan rayon polis şöbəsinin rəisi təyin olunub.

Bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləmiş polis polkovniki Cəbrayıl Vəliyev  Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/835486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR