Kolumbiyada koronavirusdan ilk ölüm halı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, vəfat edən şəxs liman şəhəri Kartexanın sakini olub. Taksi fəaliyyət ilə məşğul olan şəxsə virusun italiyalı turistdən keçdiyi məlum olub.

Qeyd edək ki, bu günə qədər Kolumbiyada 210 virusa yoluxma faktı təsbit edilib.