Səhiyyə Nazirliyi gündə 20 min insanı... - Baş nazirdən KRİTİK PROQNOZ

Səhiyyə Nazirliyi gündə 20 min insanı... - Baş nazirdən KRİTİK PROQNOZ
10:43 22 Mart 2020
185 Dünya
Ölkə mətbuatı
A- A+

İsraildə yeni tip koronavirusdan (Kovid-19) ölənlərin sayı on minlərə çata bilər.

Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.

“Kanal 12” telekanalına açıqlama verən Netanyahu bildirib ki, gələcəkdə xəstəliyə tutulanlar arasındakı ölüm faizi 2-4% arta bilər: “Kimsə işlərin hansı nöqtəyə gələcəyini bilmir. Səhiyyə Nazirliyi növbəti günlərdə gündə 20 min insandan koronavirus analizi götürə bilər”.

Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyi ölkədə 883 Kovid-19 xəstəsi olduğunu açıqlamışdı. Ölüm faktı isə 1 dəfə qeydə alınıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/308469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR