Ulduz futbolçudan böyük məsuliyyətsizlik: Sevgilisi ilə...

Ulduz futbolçudan böyük məsuliyyətsizlik: Sevgilisi ilə...
16:57 22 Mart 2020
279 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası səbəbi ilə bütün mütəxəssislər insanları evdə oturmağa və kütləvi yerlərdən uzaq qalmağa çağırır. Dünyanın tanınmış simaları da bu çağırışlara qoşularaq "Evdə qal" kampaniyası aparır.

Amma belə bir vaxtda karantin qaydalarını pozanlar da az deyil. Belələrindən biri də "Tottenhem"in və İngiltərə millisinin ulduzu Dele Allidi.

Milli.Az fanata.az-a istinadən bildirir ki, ulduz futbolçu koronavirus səbəbindən Premyer Liqa təxirə salınandan sonra iki dəfə sevgilisi ilə gecə klubuna yollanıb. Dele Alli hətta sevgilisi Rubi Mae ilə birlikdə gecə klubundan saat 03.37-də foto da paylaşlıb.

Bu İngiltərədə ilk belə hal deyil. Bundan əvvəl "Mançester Siti"dən Kile Ualker və Riyad Mahrez, "Lester"dən Maddison və Ben Kilvell də karantin qaydalarını pozaraq, gecə klubuna yollanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/835665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR