Bakıda piyadanı öldürən “KamAZ” sürücüsü tutulub

Martın 21-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR