Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əmək haqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.