​Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR