"Atalanta"nın qapıçısı koronavirusa yoluxdu

"Atalanta"nın qapıçısı koronavirusa yoluxdu
00:27 25 Mart 2020
128 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya "Atalanta"sının qapıçısı Marko Sportyello koronavirusa yoluxub.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı qolkiperin testi müsbət nəticə verib. Oyunçunun simptomları təhlükə törətmir. Hazırda Sportyello və komandanın digər futbolçuları karantindədirlər. Təcridolunma prosesi martın 27-dək davam edəcək.
Daha əvvəl İtaliyada 17 futbolçunun koronavirusa yoluxma halı qeydə alınmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/atalanta-nin-qapicisi-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR