İranın eks-prezidenti də koronavirusa yoluxdu

İranın eks-prezidenti də koronavirusa yoluxdu
11:47 29 Mart 2020
164 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının keçmiş prezidenti Məhəmməd Xatəmi koronavirusa yoluxub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 76 yaşlı M.Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun durumu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir. İki dəfə prezident seçilib: birinci dəfə 1997-ci ildə, ikinci dəfə isə 2001-ci ildə.

Xatırladaq ki, İranda koronavirusa yoluxanların sayı 35 408 nəfərdir. Ölkədə 2 517 nəfər bu infeksiyada ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR