Azərbaycan futzalına ağır itki üz verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib.

Onun ürək tutmasından öldüyü bildirilir.

A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin!

Milli.Az