"Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür, hər kəs bunu dərk etməlidir"

"Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür, hər kəs bunu dərk etməlidir"
11:37 31 Mart 2020
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xalqı koronavirusla bağlı tətbiq edilən qadağalara ciddi riayət etməlidir. Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür. Bunu hər kəs dərk etməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti əhalinin bu virusa yoluxmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir: "Atılan addımlar, verilən qərarlar hamısı bir məqsədə yönəlib - insanları qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək, bu bəladan qurtarmaq. Bu qərarlara hər bir vətəndaş məsuliyyətlə əməl etməlidir. Nə qədər qadağa tətbiq olunursa, həmin qadağalar insanların sağlamlığı, virusdan qorunması üçündür. Biz özümüz öz sağlamlığımızı qorumalıyıq. Kim ki, bu qadağalara məhəl qoymur, demək, o şəxs bu dünyada yaşamaq istəmir. Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür. Bunu hər kəs dərk etməlidir".

E.Məmmədov bildirib ki, bu virus bütün dünyanı əhatə edir: "Söhbət olum və ölümdən gedir. Dünyada baş verənlərə baxıb nəticə çıxarmalıyıq. Amerika Birləşmiş Ştatları, Çin, Hindistan, İspaniya, İtaliya kimi supergüc dövlətlər, dünyanın qoca qitəsi adlandırılan Avropa bu virus qarşısında diz çöküb. Bu dövlətlər koronavirus qarşısında hələ ki, acizdirlər. Azərbaycanda şükürlər olsun ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində həmin dövlətlər kimi acınacaqlı vəziyyət yoxdur. Amma bu o demək deyil ki, biz arxayın olmalıyıq. Yaşlı insanlar evdən çıxmamalı, özlərini qorumalıdır, insanlar təmizliklərinə, sağlamlıqlarına və tətbiq edilən qadağalara məcburi riayət etməlidirlər. Virus ciddiyə alınmalıdır. Azərbaycanda bu virusun hələ ki, sürətlə yayılmasının qarşısı alınıb. Lakin virusun ölkədə yayılmaması üçün hamımız səfərbər olmalıyıq. Biz qaydalara riayət etməsək, koronavirus bizdə də geniş yayıla bilər. Ona görə də hər kəs bu virusdan yaxa qurtarmaq üçün özünü və yaxınlarını qorumalıdır. Buna nail olmaq üçün hər kəs qadalara ciddi şəkildə riayət etməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/837915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR