Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb

Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb
14:05 31 Mart 2020
130 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 29 nəfər artaraq 376-ya çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 313 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində 502 nəfərdən 29-nun analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan ölüm faktı qeydə alınmayıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR