Tədbirdə habelə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.
Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında MŞ sədri Əflatun Amaşovla yanaşı, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də iştirak edəcək.
Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu.