Bakı, 25 may, Elçin Hüseynov, AZƏRTAC
Ermənistan tərəfi Azərbaycanın təbii sərvətlərinə vurulmuş külli miqdarda zərərə görə kompensasiya ödəməyə borcludur. Beynəlxalq hüquqa əsasən, zərər çəkmiş dövlətə dəymiş real ekoloji zərərlərə görə kompensasiya ödənilməsi zəruri hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən “1989-1994-cü illərdə Ermənistanın işğal etdiyi ərazilərimizin faydalı qazıntıları və amansız erməni talanı nəticəsində vurulmuş zərərlərin qiymətləndirilməsi barədə hesabat” mövzusuna həsr olunmuş konfransda İşçi Qrupunun üzvü, geologiya üzrə mütəxəssis Mirzəli Fətəliyev səsləndirib.
O, “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti” Konsepsiyasının 36-ci maddəsinə aid şərhin 15-ci bəndini xatırladıb. Bu bənddə qeyd olunur ki, “utilitar əhəmiyyət daşımayan dəyərlər” adlanan bioloji rəngarənglik, təbii landşaftın gözəlliyi və s. kimi ekoloji dəyərlərə vurulmuş faktiki zərər heç də əmlaka vurulmuş zərərdən az əhəmiyyətli deyil və ödənilməlidir. Baxmayaraq ki, miqdar baxımından onun hesablanması daha çətin ola bilər.
M.Fətəliyev bildirib ki, İşçi Qrup ətraf mühit və təbii sərvətlərə vurulmuş zəzrərlərin müəyyənləşdirilməsi işləri ardıcıl yanaşma metodu əsasında Ekologiya və Təbiii Sərvətlər Nazirliyi ilə birlikdə aparır.
Tədbirdə işğal altındakı ərazilərimizin faydalı qazıntıları və ermənilərin talanını əks etdirən fotoslaydlar nümayiş etdirilib.
Digər çıxış edənlər də Azərbaycanın faydalı qazıntılarının Ermənistan tərəfindən talanması nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi metodologiyaları və hazırkı vəziyyəti barədə məlumat veriblər.
Sonda mövzu ətrafında diskussiyalar aparılıb.
Ermənistan tərəfi Azərbaycan ekologiyasına vurduğu zərərə görə kompensasiya ödəməyə borcludur
Ermənistan tərəfi Azərbaycan ekologiyasına vurduğu zərərə görə kompensasiya ödəməyə borcludur
Ermənistan tərəfi Azərbaycan ekologiyasına vurduğu zərərə görə kompensasiya ödəməyə borcludur