Sosial mediada ''Evdə qal!'' şüarını səsləndirən portuqaliyalı məşhur futbolçu Kriştianu Ronaldu karantinə verərək ailə ilə küçəyə çıxıb.
Milli.Az xəbər verir ki, koronavirusdan qorunmaq üçün İtaliyadan Portuqaliyaya gedən və virus tamamilə yoxa çıxana kimi Madeiradakı villasından çıxmayacağını deyən Ronaldo sözünün üstündə dayanmayıb. O sevgilisi Georgina Rodrigez və iki uşağı ilə birlikdə küçəyə gəzintiyə çıxıb. Cütlüyün və uşaqların maska taxmaması mediada müzakirələrə səbəb olub. Pərəstişkarları futbolçunu sözünün üstündə dayanmadığına görə qınaq ətəşinə tutublar. (ölkə.az)
Milli.Az