Yeni növ koronavirusla mübarizə üçün dünyanın bir çox ölkələri əsasən sosial məsafə tədbirləri alırlar.

Metbuat.az koronavirusa qarşı qeyri-adi tədbir alan ölkələri təqdim edir:

1) Panama - Minə yaxın yoluxmanın görüldüyü Latın Amerikası ölkəsində cinsiyyətə dair tədbirlər alınıb: Kişi və qadınlar eyni anda küçədə ola bilməz. Belə ki, qadınlar və kişilər sadəcə 2 saatlıq müddətdə və fərqli saatlarda küçəyə çıxa bilərlər. Bazar günləri isə ümumiyyətlə heç kim evdən çıxa bilməz.

Koronavirusa qarşı ən qəribə qanunların qəbul edildiyi ölkələr -

2) Kolumbiya - ölkənin bəzi qəsəbələrində insanlar şəxsiyyət vəsiqəsinin son rəqəminə görə küçəyə çıxa bilirlər. Məsələn, Barrankabermeja adlanan qəsəbədə vəsiqə nömrəsi 0, 7 və 4 ilə bitənlər bazarertəsi günü, 1, 8 və 5 ilə bitənlər isə çərşənbə günü küçəyə çıxa bilərlər.

Buna oxşar tətbiq daha bir Cənubi Amerika ölkəsi Boliviyada da var.

3) Serbiya - hökümət itləri gəzdirmək üçün 20:00-21:00 arası müddət müəyyən etmişdi. Lakin it sahiblərinin aksiyasından sonra bu tətbiq aradan qaldırıldı.

4) Belarus - ölkə lideri Aleksandr Lukaşenko ölkədə sosial məsafə önləmləri almayıb. Həmçinin ölkə futbol matçlarının dayandırılmadığı yeganə Avropa ölkəsidir. Hətta Lukaşenko özü bu günlərdə hokkey matçına qatılmışdı.

Koronavirusa qarşı ən qəribə qanunların qəbul edildiyi ölkələr -

5) İsveç - ölkədə 5 minə yaxın yoluxma halı qeydə alınıb. Buna baxmayaraq, o qədər də ciddi tədbirlər görülməyən ölkələrdəndir. Hökümət vətəndaşlarının məntiqli davranacağına güvənir və karantin rejimi elan edilməsə də insanların doğru davranacağını ümid edir.

Ölkədə 50-dən çox insanın bir yerə toplaşması qadağan edilib, 16 yaşından kiçik uşaqla üçün məktəblər isə hələ də açıqdır.

6) Malayziya - burada hökümət qəribə bir tövsiyə verib. Belə ki, qadınlara "evdə geyinmələri, makyaj etmələri və ərlərini çox danışaraq narahat etməmələri" tövsiyə edlib. Tənqidlərin ardından tövsiyənin yer aldığı posterlər qaldırılıb.

7) Türkmənistan - ölkədə "koronavirus" kəlməsi qadağan edilib. Hətta virusdan qorunma ilə bağlı yayımlanan xəbər və məlumatlandırmalarda da bu kəlmə istifadə edilmir. Bu barədə danışan insanların da polis tərəfindən saxlanıldığı bildirilir.

8) Avstriya - Ümumdünya Səhiyyə Təşkilatı xəstələrə baxmayan insanların maska taxmasının vacib olmadığını bildirsə də, Avstriyada marketlərdə maska taxmaq məcburi elan edilib.

Həmçinin Çexiya, Slovakiya və Bosniya-Hersoqavina kimi Avropa ölkələrində də eyni qayda mövcuddur.

Mənbə: bbc.com