“Azərkosmos” 22 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” 22 ölkəyə xidmət ixrac edib
15:27 2 Aprel 2020
162 Ölkə
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar-fevral aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

"Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. "Azərkosmos" ASC-nin 2020-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR