Bakı, 25 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 29-da Lerikdə növbəti vətəndaş qəbulu keçirəcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Lerik, Lənkəran və Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11-də şəhərdəki Mədəniyyət Evində keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi: (02525) 4 71 86, (02527) 5 56 47, (02522) 5 16 73.