Antik sirli şəhər - FOTO

Antik sirli şəhər - FOTO
07:42 6 Aprel 2020
221 Maraqlı
Ölkə mətbuatı
A- A+

Perunun sirri açılmayan Maçu Piçusu And dağlarının 2 min 430 metr yüksəkliyində yerləşən antik şəhəridir.

Milli.Az xəbər verir ki, Maçu Piçu günümüzə qədər ən yaxşı vəziyyəti ilə tanınan İnka antik şəhəridir. Həm təbiəti, həm də əsrarəngiz görünüşü ilə görənləri özünə heyran edir. Təsadüfən kəşf edilmiş şəhər 2 min 430 metr yüksəklikdə Urubamba vadisinin üzərində salınıb. Bölgənin ən yaxın şəhərlə arasındakı məsafə 88 kilometrdir. İnka hökmdarı Pachacutec Yupanqui tərəfindın 1450-ci illərdə inşa edildiyi deyilən şəhər tarix boyunca işğalçıların nəzərindən yayınıb. Yüzlərlə pilləkənin bir-birinə bağladığı antik şəhərdə tikililər demək olar ki, ilk günki kimidir. Evlərin və pilləkənlərin tikintisində istifadə olunan həmin daşların o qədər yüksəkliyə necə çıxarıldığı isə heç kəsə məlum deyil. Çox yüksək və dik təpədə inşa edilən bu şəhərin sirri açılmasa da minlərlə insan bu əraziyə turist kimi ziyarətə gəlir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR