Su kanalında batan ata və oğlunun meyiti tapıldı

Su kanalında batan ata və oğlunun meyiti tapıldı
21:27 6 Aprel 2020
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunun Astanlı kəndində, "Baş Mil-Muğan" kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/839641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR